Gəncə MDB-nin idman paytaxtı oldu
    • 12-04-2024, 15:41
    • 225

Gəncə MDB-nin idman paytaxtı oldu

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq.

News24.az axar-a istinadla xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz Gəncə şəhərinin 2025-ci ildə, Almatı şəhərinin 2026-cı ildə Birliyin idman paytaxtı elan edilməsi barədə qərarı təsdiq etdik", - Lavrov bildirib.