-
- 12-04-2024, 16:35
- 370
"İstanbuldakı razılaşma Rusiya-Ukrayna münasibətlərinin başlanğıcı ola bilər"
Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ilə əlaqələrin başlaması üçün İstanbulda razılaşmaya işarə edib.
News24.az xəbər verir ki,Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında cari məsələləri dəyərləndirib.
Rusiya ilə Ukrayna arasında aparılan danışıqlara gəlincə, Peskov bunun yalnız dialoq yolu ilə mümkün olduğunu və Rusiya prezidenti Vladimir Putinin danışıqlara hazır olduğunu bildirib.
2022-ci ilin martında İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar zamanı müqavilə hazırlandığını xatırladan Peskov, "O vaxtdan bu yana iki il ərzində çox şey dəyişdi. Konstitusiyamıza iki yeni bölgə (Zaporijiya və Xerson) daxil edildi. Bu, iki il əvvəl yox idi. Ona görə də yeni əvəzolunmaz faktlar var. Eyni zamanda, bu (İstanbul müqaviləsi) danışıqlara başlamaq üçün əsas ola bilər" dedi.
Peskov Ukraynanın isə danışıqlara hazır olmadığını bildirib.
Qeyd edək ki, İsveçrənin ev sahibliyi ilə 15-16 iyun tarixlərində Ukrayna ilə bağlı keçiriləcək sülh konfransını dəyərləndirən Peskov, "Rusiyanın iştirakı olmadan bir həll yolu tapmaq üçün forum təşkil etmək cəhdləri çox rasional və nəticə yönümlü ola bilməz" dedi.
Günel Məlikzadə