-
- 27-02-2024, 15:58
- 331
"NATO-Rusiya qarşıdurması qaçılmazdır"
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Qərb ölkələri Ukraynaya qoşun yeridərsə, NATO ilə Rusiya arasında münaqişə ehtimalı “qaçılmaz” olacaq.
News24.az xəbər verir ki, Peskov Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsinin istisna edilməməsi ilə bağlı açıqlamalarını paytaxt Moskvada jurnalistlərə "mümkün" kimi qiymətləndirib.
Bu ehtimalın gündəmə gəlməsinin mühüm və yeni bir hadisə olduğunu bildirən Peskov, "Fransa prezidentinin bəyanatının bütün digər məqamlarını artıq eşitmişik və nəzərə almışıq. Biz Makronun məsələyə münasibətini də çox yaxşı bilirik” dedi.
Qərb ölkələrinin Ukraynaya qoşun yeridəcəyi təqdirdə NATO ilə Rusiya arasında qarşıdurma olub-olmayacağı ilə bağlı suala Peskov, "Belə olan halda, biz artıq ehtimaldan deyil, qaçılmazlıqdan danışmalıyıq. Biz belə qiymətləndiririk" deyib.
Günel Məlikzadə