O, “Bavariya”nın baş məşqçisi ola bilər
    • 13-04-2024, 13:00
    • 338

O, “Bavariya”nın baş məşqçisi ola bilər

"Bavariya"nın baş məşqçisi vəzifəsinə əsas namizəd müəyyənləşib. 

News24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Klub əsas namizəd olaraq Yulian Naqelsmannı görür. 

Münhenin təmsilçisinin idman direktoru Maks Eberl 36 yaşlı almaniyalının mövsümün sonunda klubdan ayrılacaq Tomas Tuxelin əsas əvəzləməsini istəyir. 

Naqelsmann 2021-2023-cü illərdə "Bavariya"ya rəhbərlik edib. O, daha sonra Almaniya millisinin baş məşqçisi olub. 

Qeyd edək ki, Almaniya çempionatının 28 turundan sonra "Bavariya" 60 xalla 2-ci pillədə qərarlaşıb.