-
- 23-04-2022, 23:20
- 508
Münhen "Bavariyası" ardıcıl olaraq 10-cu dəfə futbol üzrə Almaniya çempionu oldu
Münhenin "Bavariya" futbol klubu ardıcıl olaraq 10-cu dəfə Almaniya çempionu olub.
Şənbə günü Almaniya çempionatının 31-ci turu çərçivəsində doğma meydanda Dortmund “Borussiya”sını qəbul edən "münhenlilər" 3:1 hesabı ilə qalib gələrək vaxtından əvvəl çempionluq sevincini yaşayıb.
"Bavariya"nın heyətində qolları Serj Qnabri (15-ci dəqiqə), Robert Levandovski (34) və Camal Musiala (83) vurub. "Dortmundlular"ın yalnız bir qola gücləri çatıb. Əmrə Can 52-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərib.
Bu qələbə ilə "Bavariya" 31 oyundan 75 xal toplayıb və eyni oyundan 63 xal qazanan "Borussiya" üçün əlçatmaz olub. Çempionatın sonuna kimi komandalar daha üç görüş keçirəcək. Hətta üç qələbə qazandığı halda, "Borussiya" yalnız 72 xal toplaya biləcək.
Qeyd edək ki, "Bavariya" Almaniya çempionatında ən çox titul qazanan komandadır - "münhenlilər" 32 dəfə ölkə çempionluğunu bayram ediblər.
/Trend.az/