Bir dövrə damğasını vuran “Heroes" qayıdır
    • 13-04-2024, 14:30
    • 196

Bir dövrə damğasını vuran “Heroes" qayıdır

2006-2010-cu illər arasında tamaşaçı ilə görüşən "HEROES" serialı ilk sezonu ilə yüksək qiymətləndirilirdi.

News24.az xəbər verir ki, fövqəladə güclərə sahib insanlardan və "dünyanı xilas etmək" üçün səyahətlərindən bəhs edirdi.

Baş rollarda Jack Coleman, Hayden Panettiere, Zachary Quinto, Ali Larter, James Kyson, Adrian Pasdar, Greg Grunberg və Sendhil Ramamurthy kimi adlar çəkilib.

2015-ci ildə Heroes Reborn adlı mini serialla ekranlara qayıdan bu serial uzun illərdən sonra yenidən tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Orijinal serialın yaradıcısı Tim Krinq "Heroes: Eclipsed" adlı yeni layihə hazırlayıb. "Heroes: Eclipsed" orijinal serialdakı hadisələrdən illər sonra baş verir və yeni personajlara malikdir.

Günel Məlikzadə