-
- 30-04-2019, 17:50
- 2 201
“18 günün gəlini idi, torpağa tapşırdım" - FOTO - VİDEO
2009-cu ilin bu günü - 30 aprel, səhər saat 9:30. Onda da bugünkü kimi hava duman-çiskinli idi… Azərbaycan Dövlət Neft Akademiyasına gecikməmək üçün tələsən tələbələr... Onlar da hər kəs kimi univeristetə bir amalla - biliyə yiyələnmək, gələcəkdə mütəxəssis olmaq istəyilə gəlirdi. Nə bilmək olar, bəlkə valideyn xeyir-duası ilə ailə qurmaq xəyalları da var idi. Amma düz 10 il əvvəl həmin arzu-istəklər gülləyə tuş gələrək elə ürəklərdə qaldı...
Bu gün ADNA-nın həyətinə toplaşan faciə qurbanlarının ailə üzvləri, şahidlər, zərərçəkənlər on il əvvəl baş verənləri xatırlayaraq bu acının unudulmaz, heç vaxt sağalmayacaq yara olduğunu bir daha dilə gətirdilər.
News24.az hadisə iştirakçılarının acı xatirələrini təqdim edir:
Rusiyaya gedəcəkdi, qoymadıq, onu özümüz odun içinə atdıq...
Cabbarov Savalanın anası Kəmalə Cabbarova: Balam 4-cü kurs tələbəsi idi, magistraturaya qəbul olunmağa bir imtahanı qalmışdı. Sabahı günü magistraturadan ikinci imtahanı olacaqdı... Səhər durdum dərsə yola saldım, o gələnə yeməyi hazır olsun deyə, heç yerə çıxmadım. Axşama cəsədini gətirdilər. Oğlumun öldüyünü bilmədim, dedilər yaralıdı, evə gətirəndə gördüm… 10 ildə oğlumsuz çox şey dəyişdi... Onun öz arzuları, bizim onunla bağlı arzularımız vardı. Biz onsuz yarımcan olduq. Həkim olmaq istəyirdi. Rusiyaya imtahan verib qəbul olmuşdu. Amma biz getməyə qoymadıq. Çinə gedəcəkdi, mane olduq. Gözümüzdən uzağa getməsin dedik, Heç demə, özümüz onu odun içinə atdıq..”
“Kaş ki, uşaqlar da mənim ki yaralanardılar, amma... “
Zərərçəkmiş Hüseynli Zemfira - Bu universitetin
məzunuyam. 1990-cı ildən burda işləyirəm. Hadisə baş verən gündə də belə bir tutqun hava var idi, heç işə gəlmək istəmirdim. Mən gələndən bir az sonra, saat 10-a işləmiş səs-küy eşitdim. Çölə çıxdım, müəllimlərin yerə yıxıldığını gördüm. Mənə necə güllə dəydiyindən xəbərim olmayıb. Yerə yıxıldım, qulağımdan qan axırdı, o ağrını sözlə ifadə etmək olmaz. Nə baş verdiyini yenə də anlamadım. İkinci dəfə atəş açanda özümdən getmişəm. Gözümü açanda tələbələri gördüm, yanımdan getmirdilər. 4 nömrəli xəstaxanaya yerləşdirildim, adım öldürülənlərin siyahısında da çıxmışdı. Bir ona təəssüf edirəm ki, kaş ki, o uşaqlar da mənim kimi yaralanardılar, amma sağ qalardılar...”
“Oğlum Qarabağda ölsəydi, bu qədər yanmazdım ki, vətən yolunda şəhid vermişəm”
Məmmmədov Talehin anası Südabə Nağıyeva - 10 ildə elə vəziyyətə düşmüşəm ki…. Hər gün, hər dəqiqə, hər saniyə oğlumla danışıram. Talehim əlaçı tələbə idi, həm də burda işləyirdi. Onunla ana-baladan başqa müəllim-tələbə münasibətimiz də vardı. Kitabda məqaləsi çıxacaqdı, elə sevinirdi ki… Amma o kitabı görmək qismət olmadı... Evdə kitabları üst-üstə qalıb... Çox zəhmətsevər idi. Almaniyaya getməyi arzulayırdı. Nanotexnologiya ilə bağlı xaricə getməyi planlaşdırırdı. Dissertasiya mövzusunu ordan götürmək istəyirdi. Mənim oğlum Qarabağda döyüşsəydi, bilərdim onu bu torpaqlara qurban vermişəm. Tələbənin nə günahı vardı ki…”
Terrorçu gülləsinə tuş gəlmiş 18 günün gəlini...
Terrorçunun gülləsinə tuş gəlmiş 18 günün gəlini Şəfa Məmmədovanın anası Xuraman Məmmədova - O günü xatırlamaq mənim çox ağırdır. Bir ana övladını itirdiyi günü necə xatırlaya bilər?! Həlak olanların adı çəkiləndə, elə ki, Şəfanın adını eşitdim, bir də ayıldım ki, xəstəxanadayam. Tək öz övladım üçün demirəm, 4 il universitetdə oxuyan tələbələrin hamısı üçün yandım. Diplom almaqlarına bir həftə qalmış bu hadisə baş verdi, həyatdan köçdülər... Mənim qızım aspiranturanın 2 kursunda oxuyurdu. 4-cü mərtəbədən 3-cü mərtəbəyə düşəndə tvurulmuşdu. Təzə ailə qurmuşdu, Toyundan 18 gündən sonra onu torpağa tapşırdım. Heç ailə qurandan sonra evinə belə getməmişdim...
Afaq Mirayiq