-
- 13-04-2024, 16:15
- 368
Dünya şöhrətli müğənni ərəblərin 9 milyon dollarını rədd etdi
Dünya şöhrətli müğənni Taylor Svift Birləşmiş Ərəb Əmirliklərində 9 milyon dollarlıq qonorarına baxmayaraq, özəl şənlikdə çıxış etməkdən imtina edib.
News24.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə repçi Frenç Montana bildirib.
Müğənni, ona 1 milyon dollar təklif edən bir adamın mesajlarının ekran görüntüsünü paylaşıb, bundan sonra Sviftə daha 9 milyon dollar təklif olunub. Lakin müğənni naməlum səbəbdən bu təklifi rədd edib.
Bu ayın əvvəlində rəsmi olaraq Forbes-in milyarderlər siyahısına daxil olan pop ulduzu üçün pul qətiyyən problem deyil. Onun sərvəti 1,1 milyard dollar səviyyəsində qiymətləndirilir.