-
- 13-04-2024, 21:59
- 362
Premyer Liqa klubunda BİABIRÇI OLAY
Premyer Liqanın 30-cu turu çərçivəsində keçirilən “Qəbələ” - “Turan Tovuz” matçından sonra futbolda nadir hallarda təsadüf edilən hadisə baş verib.
News24.az xəbər verir ki, oyunun gedişində hesabı açan tərəf ev sahibləri olsa da, sonda qonaqlar qələbəyə sevinib (1:2).
Qeydə alınan növbəti məğlubiyyət “qırmızı-qaralar”ın paltardəyuşmə otağında əsl həngaməyə səbəb olub. Baş məşqçi Kaxaber Sxadadze və futbolçular buraxılan qollara görə Kristof Atanqanaya ciddi iradlar bildirib.
İspaniyalı qapıçı ünvanına səsləndirilən tənqidlərlə razılaşmayıb və cavab qaytarıb.
Bundan sonra gürcüstanlı çalışdırıcı və komanda yoldaşları onun üstünə tökülüşüb. Atanqanı o ki var əzişdiriblər./ Sport.info