Kadi baş məşqçisiz qaldı
    • 13-03-2024, 15:45
    • 386

Kadi baş məşqçisiz qaldı

Rusiyanın “Krasnodar” klubunda baş məşqçi istefası reallaşıb. 

News24.az Fanat.Az-a istinadən xəbər verir ki, Vladimir İviçin komandanın "sükanı arxası"ndan getdiyini açıqlayıb.

Onun rəhbərliyi altında keçirilən son matçda - kubok qarşılaşmasında komanda aşağı liqa təmsilçisi “Ximki”yə 0:2 hesabı ilə uduzub. 

“Krasnodar” artıq Tula “Arsenal”ının baş məşqçisi Aleksandr Storojukla danışıqlara başlayıb. Son məlumata görə, rusiyalı mütəxəssis Premyer Liqa təmsilçisinə rədd cavabı verib. Məşqçi hazırkı klubunu tərk etmək istəmədiyini bildirib. 

"Krasnodar" Rusiya Premyer Liqasının 20 turundan sonra 39 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider “Zenit”lə fərq bir xaldır.