Xeyli sayda insanı ildırım vurdu: ÖLƏNLƏR VAR
    • 14-04-2024, 13:15
    • 407

Xeyli sayda insanı ildırım vurdu: ÖLƏNLƏR VAR


Pakistanın Bəlucistan, Pəncab və Sind əyalətlərində güclü yağış zamanı ildırım çaxıb.

News24.az "Unikal"a istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində azı 25 nəfər həlak olub.

Həlak olanların əksəriyyətinin kənd təsərrüfatı işçiləri olduğu bildirilib.

Bundan başqa, ildırım vurması nəticəsində çoxlu sayda insan yaralanaraq xəstəxanalara aparılıb, bəzi evlərə ziyan dəyib. Pakistan Meteorologiya İdarəsi yağışların davam edəcəyini açıqlayıb və əhaliyə xüsusilə qapalı yerlərdə qalmaları barədə xəbərdarlıq edib.