Güclü yağış nəticəsində 37 nəfər öldü
    • 4-03-2024, 09:14
    • 243

Güclü yağış nəticəsində 37 nəfər öldü

Pakistanın şimal-qərbində yağan güclü yağışlar nəticəsində yüzlərlə ev uçub. 

News24.az xəbər verir ki, güclü yağış və qar yağışı Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva və qərbdəki Bəlucistan əyalətlərində təsirli olub. Hayber Paxtunxva və Bəlucistan əyalətlərində 3 gündür davam edən güclü yağışlar zamanı baş verən binaların uçması və torpaq sürüşməsi nəticəsində 37 nəfər həyatını itirib, 47 nəfər isə yaralanıb.

Əyalət boyu yollar nəqliyyatın hərəkəti üçün bağlansa da, yollar su altında qaldığından Bəlucistanda bəzi ərazilər vilayətin digər hissələri ilə tamamilə kəsilib.

Pakistan Meteorologiya Müdirliyindən verilən açıqlamada, gələn həftədən etibarən Hayber Paxtunxva, Azad Kəşmir, Gilgit-Baltistan, Bəlucistan və Pəncabda güclü yağışların olacağı açıqlanıb.

Günel Məlikzadə