Müdafiə naziri “İDEF-2019” sərgisində iştirak edəcək
    • 29-04-2019, 16:15
    • 902

Müdafiə naziri “İDEF-2019” sərgisində iştirak edəcək

Aprelin 29-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasına yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nazir, general-polkovnik Zakir Həsənov İstanbulda keçiriləcək “IDEF-2019” Beynəlxalq Müdafiə Sərgisinə qatılacaq.

Qeyd edək ki, sərgi aprelin 30-dan mayın 3-dək davam edəcək.