-
- 19-01-2023, 17:36
- 410
Manikür xərçəngə səbəb ola bilər
Manikür zamanı istifadə edilən lampaların saçdığı ultrabənövşəyi şüalar insan hüceyrələrinin DNT-sini zədələyə və xərçəng riskini artıra bilər,
News24.az xəbər verir ki, bu barədə San Dieqodakı Kaliforniya Universiteti və ABŞ-ın Pittsburq Universitetinin tədqiqatçıları açıqlama ediblər.
Alimlər belə lampaların istifadəsinin nəticələrini molekulyar və hüceyrə səviyyəsində yoxlayıblar.
Bəlli olub ki, siçan və insan hüceyrələrinin 20-30 faizi 20 dəqiqəlik iki sens lampa ilə qurutma prosesindən sonra ölür.
Prosesdən sonra sağ qalan hüceyrələrdə DNT zədələnməsi və dəri xərçəngi ilə əlaqəli mutasiyalar aşkar edilib.
Alimlər qeyd ediblər ki, manikür edildikdə insanın barmaqları cəmi 10 dəqiqə lampa şüasına məruz qalır. Araşdırma zamanı isə bu müddət real vəziyyətdən çox olub.
Bu nəticələr xərçəng riskinin artmasını birbaşa sübut etməsə də, bunun mövcud ola biləcəyini göstərir. / Nature Communications/
Teymur MƏMMƏDOV