-
- 14-04-2024, 22:00
- 238
G7 ölkələrindən İran və İsrailə ÇAĞIRIŞ
G7 ölkələrinin liderləri Yaxın Şərqdə tərəfləri gərginliyə səbəb olan hərəkətlərdən çəkinməyə çağırıb.
News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə İtaliya baş nazirinin mətbuat xidməti bildirib.
“Yeddilik Qrupu daha da gərginləşmənin qarşısının alınmasının vacibliyini vurğulayaraq, tərəfləri regionda gərginliyi artırmağa yönəlmiş hərəkətlərdən çəkinməyə çağırır”, - açıqlamada qeyd olunub.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də G7-nin iclasının yekunlarına dair açıqlama verib.
“G7 ölkələrinin liderləri ilə birlikdə biz yekdilliklə İranın İsrailə misli görünməmiş hücumunu pislədik. Bütün tərəflər təmkinli davranmalıdır”, – Mişel sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, G7 gərginliyi azaltmaq üçün bütün səyləri davam etdirəcək.
“Qəzza zolağında böhrana mümkün qədər tez son qoyulması – xüsusən də dərhal atəşkəs yolu ilə – fərq yaradacaq”, – Mişel vurğulayıb.
Qeyd edək ki, İran ötən gecə İsrail ərazisinə pilotsuz uçuş aparatları və raketlərlə hücum edib.