Qazaxıstan prezidenti Ermənistana gəldi
    • 15-04-2024, 13:02
    • 128

Qazaxıstan prezidenti Ermənistana gəldi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bazar ertəsi Ermənistana rəsmi səfərə gəlib. 

News24.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Tokayevin Ermənistanın baş naziri Nikol Paşinyan, prezident Vaaqn Xaçaturyan və Milli Assambleyanın sədri Alen Simonyanla görüşləri nəzərdə tutulub.

Mehriban Mirzəzadə