Boşanmaq istəyənlər 15 dollar ödəyəcək
    • 15-04-2024, 14:36
    • 359

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları çərçivəsində nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum ödəniləcək.

News24.az xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, bu rüsum 15 dollar olacaq.