Trampın məhkəməsi başlayır
    • 15-04-2024, 20:11
    • 117

Trampın məhkəməsi başlayır

Bu gün Nyu Yorkda Donald Trampın ABŞ tarixində cinayət işi üzrə mühakimə olunan ilk sabiq ABŞ prezidenti olacağı məhkəmə prosesi başlayır.

News24.az xəbər verir ki, məhkəmədə Trampa qarşı 34 ayrı ittiham irəli sürülür.

Bu ittihamlar arasında onun 2016-cı il prezident seçkilərindən əvvəl böyüklər filmlərində rol almış Stormi Danielsə ödədiyi pulu şirkət xərcləri kimi istifadə etməsi də var.

Prokurorlar Trump-ın "susmaq haqqı" ödəməsini federal seçki qanununun pozulması kimi qiymətləndirirlər.

Onu da qeyd edək ki, keçmiş prezident olduğu üçün cinayət təqibindən immunitetə malik olduğunu iddia edən Trampın təxirə salınma tələbi də məhkəmə tərəfindən rədd edilib.

Günel Məlikzadə