Bu gülü qoparmağın cəzası: 387 min lirədir
    • 15-04-2024, 20:23
    • 248

Bu gülü qoparmağın cəzası: 387 min lirədir

Manisa ilə İzmir arasında fərqli flora və faunası ilə görənləri valeh edən Manisa lalələri havaların istiləşməsi ilə çiçək açmağa başlayıb.

News24.az xəbər verir ki, ildə bir dəfə aprel ayında çiçək açan və 10 gün canlı qala bilən lalələr böyük maraq doğurur.

Təbiətsevərlər lalələri canlı görmək üçün Spilə gedərkən, tapanlar çoxlu fotolar çəkdirirlər.

Bu laləri qoparmağın cəzası 387 min 142 lirə olaraq müəyyən edilib.

Günel Məlikzadə