-
- 19-02-2021, 16:08
- 1 571
Bu gülü qopardan 80 min CƏRIMƏ OLUNACAQ
Qəhrəmanmaraşda dik yamaclarda və qayalıqlarda böyüyən, qar əriməyə başladığı zaman görünən xədicəgülü çiçəyini qoparmağın cəzası 80 min lirədir.
News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Onikişubat mahalının Çukurhisar kəndində baharın müjdəsi olan “qar damlaları” çiçək açıb. Qaya boşluqlarından günəşə doğru uzanan və zərif olmaqlarına baxmayaraq ən sərt torpaqları deşə bilməyə qadir bu çiçəkləri qoparanlara cinayət işi açılacaq və cərimə tətbiq olunacaq.
Güllərin soyuq və çətin şəraitlərdə şəkillərini çəkə bildiklərini bildirən fotoqraf Doğan Yenigül, “Qar əriməyə başlayanda xədicəgül çiçəkləri ortaya çıxır. Çox nadir bir çiçəkdir” deyib.
Fotoqraf qeyd edib ki, gül təmizlik və paklığın rəmzi hesab olunur.
Ülvi İsmayıl