Yazırdılar ki, Maykl Ceksona oxşayır... - Nazənin
    • 17-05-2024, 19:45
    • 201

Yazırdılar ki, Maykl Ceksona oxşayır... - Nazənin

Müğənni Nazənin Salayeva "Xəzər axşamı” verilişində ilk dəfə plastik əməliyyatından danışıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, müğənni plastik əməliyyatdan 17 gün sonra efirə çıxdığını bildirib.

"Hətta tikişlərim belə sökülməmişdi. Hər şeyə hazır idim, hətta tənqidlərə belə...İnsanlar var, bilmirlər ki, o tənqid etdikləri şəxs əməliyyat olunub, yoxsa yox. Sosial şəbəkələrdə yazırdılar ki, Maykl Ceksona oxşayır. Keçirdiyim plastik əməliyyatın üzərindən bir il keçməyib. Əməliyyat olunandan sonra dərhal effekt almaq olmur. Gərək bir müddət keçsin ki, şiş yatsın və nəticə bilinsin. Plastik cərrah mənim üzümü çox dartmayıb, üzümdəki, təbiiliyi qoruyub, saxlayıb. Mən əksinə yazılanları sevirəm. Çünki uğurum var", - deyib.