Kişilərə pis xəbər - Nişan üzüklərində görün nə yerləşdirirlər
    • 15-04-2024, 17:07
    • 391

Kişilərə pis xəbər - Nişan üzüklərində görün nə yerləşdirirlər

Xiaomi şirkəti Black Shark da ağıllı üzük hazırlayıb.  Əvvəllər oyun cihazlarının hazırlanmasına önəm verən şirkət bu mövzuda da rəqabət aparacaq.

News24.az Lent.az-a istinadən xəbər verir ki, hələ tam təfərrüatları açıqlanmayan "Black Shark" ağıllı üzük çox yaxında satışa çıxarılacaq və şirkətin rəsmi açıqlamasına görə yuxarıda gördüyünüz kimi 2,2 mm qalınlığında olacaq. Xüsusi doldurma qutusuna sahib olan və batareyanın ömrü 180 gün olan cihaz, daşıdığı sensorlarla nəbz, qan oksigen dərəcəsi, bədən istiliyi və s. barədə məlumat verəcək. Üzük xüsusi CPS qurğusu ilə təchiz olunduğu üçün onu taxan adamı addım-addım izləmək mümkündür.

Bu model Bluetooth vasitəsilə smartfonlarla əlaqə saxlayacaq və böyük ehtimalla vibrasiya vasitəsilə bildirişlər ötürəcək.