-
- 15-04-2024, 22:40
- 390
Bu mənzildə nə baş verir? - Daha iki cəsəd TAPILDI
Türkiyədə keçən il meyit tapılan evdə, yenə iki cəsəd tapılıb.
News24.az Sonxeber.az-a istinadən xəbər verir ki, Sakaryanın Karasu rayonunda, mənzildən gələn kəskin pis qoxu səbəbi ilə evə bələdiyyə işçiləri daxil olub.
Mənzilində 2 kişinin cansız cəsədi tapılıb. Məlum olub ki, ötən il də həmin mənzildə 61 yaşlı kişinin meyiti tapılıb.
Həmin şəxslərin dəqiq ölüm səbəbləri ekspertizadan sonra bəlli olacaq. 2 aprel 2023-cü ildə ürək-damar xəstəliyindən dünyasını dəyişən İsmail Aydemirin (61) cansız cəsədi də eyni mənzildə tapılıb. Həyatını itirən Aydemir, Çetinkaya və Dərəlinin eyni mənzilin hissədarı olduğu öyrənilib.