Xırdalanda mənzildən meyit tapılıb
    • 5-08-2018, 10:16
    • 976

Xırdalanda mənzildən meyit tapılıb

Xırdalanda mənzildən meyit tapılıb.

News24.az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb.

Vətəndaş mənzildən ölü olaraq tapılıb. Cəsəd aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatıb.