Qırmızı bülletenlə axtarışda olan şəxs tutuldu
    • 16-04-2024, 10:07
    • 125

Qırmızı bülletenlə axtarışda olan şəxs tutuldu

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, İnterpolun qırmızı bülleteni ilə dələduzluq və 2 ayrı oğurluq ittihamı ilə beynəlxalq axtarışda olan Qazaxıstan vətəndaşı Nurlan Zharımbetov İstanbulda keçirilən “Mahzen-27” əməliyyatında tutulub.

News24.az xəbər verir ki, məliyyatı həyata keçirən təhlükəsizlik qüvvələrini təbrik edən nazir Yerlikaya, "Nə ölçüdə olursa olsunlar, nə bülleten adlandırsalar da, xalqımızın dincliyini pozan beynəlxalq mütəşəkkil cinayət təşkilatlarını və zəhər tacirlərini buraxmayacağıq. Hamısını bir-bir həbs edəcəyin” dedi.

Günel Məlikzadə