-
- 8-11-2024, 00:21
- 1 418
Yeni dələduzluq növü yayılıb? - Polisdən xəbərdarlıq
Son günlər yeni dələduzluq növünün yayıldığı bildirilir.
News24.az Oxu.Az-a istinadla xəbər verir ki, vətəndaşlara telefonla zəng olunaraq, "peyvənd olunmusunuzsa, 1 düyməsini seçin", - deyə xahiş edilir.
İddialara görə, telefon dərhal bloklanır
Məsələ ilə bağlı Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, saxta bildirişdir, hər hansı inzibati əsası yoxdur:
"Ümumiyyətlə belə hal yoxdur, polisə hər hansı məlumat daxil olmayıb. Tövsiyə edirik ki, bu kimi saxta bildirişlər oxunmadan bloklanmalıdır".