Osman Həsənov itkin düşüb
    • 16-04-2024, 11:49
    • 142

Osman Həsənov itkin düşüb


Gəncədə 37 yaşlı kişi itkin düşüb.

News24.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna onun ailə üzləri məlumat verib.

Onlar bildirib ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Osman Həsənovla aprelin 14-dən əlaqə saxlaya bilmirlər.

Osman Həsənovun Nizami Məqbərəsi yaxınlığında "Mercedes Vito" markalı mikroavtobusdan düşdüyü, naməlum istiqamətə gedərək itkin düşdüyü bildirilir.

Osman Həsənov ailəlidir, 1 övladı var.