15 və 16 yaşlı qızlar itkin düşdü
    • 30-05-2023, 10:57
    • 238

15 və 16 yaşlı qızlar itkin düşdü

Gəncədə 16 yaşlı qız itkin düşüb.

News24.az
xəbər verir ki, 2007-ci il təvəllüdlü A.Orucova mayın 28-də saat 20 radələrində yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Bundan başqa Bakı şəhər Binəqədi qəsəbəsi 1-ci Mədən adlanan ərazidə yaşayan 2008-ci il təvəllüdlü A.Abbaslı da mayın 27-də evdən çıxaraq naməlum istiqamətə gedib.

Hər iki qızın yaxınları itkin düşmə ilə bağlı polisə məlumat veriblər.
Axtarış tədbirləri həyata keçirilir.