-
- 16-04-2024, 13:58
- 225
"Hər şeyi planlı şəkildə edirik"
Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq.
News24.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib.
Həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik".