"Supermen"dən şad xəbər
    • 16-04-2024, 14:40
    • 137

"Supermen"dən şad xəbər

Justice League, The Tudors və Enola Holmes kimi prodüserlərdə rol alan Henri Cavill ata olmağa hazırlaşır.

News24.az xəbər verir ki, Supermen obrazı ilə yadda qalan britaniyalı aktyor yeni filmi "The Nazirly of Gentlemanly Warfare"in qala gecəsində müjdəni verib.

40 yaşlı aktyorun uzun müddətdir münasibətdə olduğu Natali Viskuzodan körpəsi olacaq.

Ata olacağı üçün çox həyəcanlı olduğunu bildirən aktyor 34 yaşlı Natali Viskuso ilə 3 ilə yaxındır ki, eşq yaşayır.

Xatırladaq ki, cütlük 2021-ci ildə İnstaqramda paylaşdıqları foto ilə münasibətini açıqlayıb.

Günel Məlikzadə