Rekord isti: Termometrlər 39 dərəcə göstərdi
    • 16-04-2024, 15:08
    • 253

Rekord isti: Termometrlər 39 dərəcə göstərdi

Qlobal istiləşmə nəticəsində baş verən iqlim dəyişikliyi bütün dünyada olduğu kimi Türkiyədə də temperaturun artmasına və quraqlığa səbəb olmağa davam edir.

News24.az xəbər verir ki, aprel ayında temperatur rekordunun qırıldığı şəhərlərdən biri də Adana olub. Adanada bu gün termometrlər 39 dərəcə göstərdi.

Meteorologiya Afrikadan gələn isti dalğası ilə bu gündən etibarən temperaturun artacağını və 42 dərəcəyə çatacağını bildirdi.

Günel Məlikzadə