Türkiyə SİLKƏLƏNDİ
    • 16-04-2024, 16:58
    • 242

Türkiyə SİLKƏLƏNDİ

Türkiyənin İzmir vilayətində yenidən zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Çeşme rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 20.6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.