-
- 3-03-2024, 19:56
- 539
Türkiyədə zəlzələ oldu - Dağıntı və tələfat...
Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.
News24.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Doğanşehir rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.4 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7.31 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.