-
- 16-04-2024, 20:00
- 253
ABŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır
ABŞ Maliyyə Nazirliyi İranın İsrailə hücumundan sonra İrana qarşı yeni sanksiyalara yaşıl işıq yandıracaq.
News24.az Axios-a istinadən xəbər verir ki, ABŞ-ın maliyyə naziri Canet Yellen İranın İsrailə hücumundan sonra İrana qarşı yeni sanksiyaların hazırlanması üçün yaşıl işıq yandırıb.
Axios bunu Yellenin BVF-nin bu gün keçirilən toplantısındakı çıxışına əsasən yayıb.
Qeyd edək ki, Bayden administrasiyasının İrana neft ixracına təsirli sanksiyalar tətbiq etməyəcəyini proqnozlaşdırılır.
Günel Məlikzadə