İsrail İrana qarşı sanksiyalara ÇAĞIRDI
    • 16-04-2024, 14:43
    • 305

İsrail İrana qarşı sanksiyalara ÇAĞIRDI

İsrailin xarici işlər naziri İsrael Katz 32 ölkədən olan həmkarlarına məktublar göndərərək, yəhudi dövlətinə hücuma görə İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

News24.az xəbər verir ki,  bu barədə  İsrail Xarici İşlər Naziri öz sosial media hesabında paylaşım edib.

“Raket və pilotsuz təyyarələrin buraxılışına hərbi cavab verməklə yanaşı, mən İrana qarşı diplomatik hücum həyata keçirirəm. Bu səhər mən 32 ölkəyə məktublar göndərdim və dünyanın onlarla xarici işlər naziri və tanınmış simaları ilə danışdım və İranın raket proqramına qarşı sanksiyalar tətbiq etməyə və İranı cilovlamaq və zəiflətmək üçün İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağa çağırdım”, - Katz X səhifənizdə yazıb.

İsrailli nazir hesab edir ki, İran çox gec olmadan dayandırılmalıdır.

Mehriban Mirzəzadə