"İtaliya Fələstin dövləti qurularsa, əsgər göndərməyə hazırdır"
    • 16-04-2024, 21:45
    • 293

"İtaliya Fələstin dövləti qurularsa, əsgər göndərməyə hazırdır"

İtaliyanın xarici işlər naziri Antonio Tajani ANSA agentliyinin təşkil etdiyi forumda iştirak edib.  Beynəlxalq gündəmdə olan məsələlərlə bağlı açıqlamalar verib.

News24.az xəbər verir ki, Tajani, İtaliya hökumətinin sülhə qətiyyətlə bağlı olduğunu ifadə edərək, "Biz İsrailin dostuyuq. Lakin Fələstin dövləti qurulacaqsa, sülh üçün çalışmaq istəyirik" dedi. 

Fələstin rəhbərliyi ilə güclü dialoqa sahib olduqlarını bildirən Tajani Fələstinin baş naziri Məhəmməd Mustafanı Romaya dəvət etdiyini də xatırladıb.

Tajani İranın İsrailə hücumunun pislənilməli olduğunu ifadə edərkən, "Ümid edirəm ki, indi gərginlik artmayacaq. İsrail hərbi yolla qalib gəldi, hücumu dəf etdi. Amma indi münaqişənin daha da yayılmasının qarşısını almalıyıq, çünki gərginlik çoxdur" dedi.

Tajani aprelin 17-19-da Kapri adasında ev sahibliyi edəcəyi G7 Xarici İşlər Nazirləri toplantısının əsas məqsədinin sülh olacağını da bildirib.

Eyni zamanda Tajani X platformasındakı paylaşımında G7 Xarici İşlər Nazirləri toplantısından əvvəl Ərəb-İslam ölkələrinin səfirləri ilə Yaxın Şərq böhranı ilə bağlı görüşdüyünü açıqlayıb.

Sözügedən təmaslarla bağlı Tajani, "İtaliya hökuməti gərginliyi azaltmaq və regional sabitliyin açarı olan "iki xalq, iki dövlət" həllini təşviq etmək üçün işlərini davam etdirir" dedi. 

Günel Məlikzadə