-
- 16-03-2024, 13:10
- 220
“NATO III Dünya Müharibəsinə səbəb ola bilər” - Tajani
NATO qoşunları Ukraynaya daxil olarsa, III Dünya Müharibəsi riski yaranacaq.
News24.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib.
“Biz beynəlxalq hüququ və Ukraynanın azadlığını müdafiə edirik, lakin Rusiya ilə müharibə aparmırıq, Kiyevə hər cür hərbi, iqtisadi və texniki alətlər veririk, amma müharibəyə girmək mənə səhv görünür və bütün italyanlar və bütün ağıllı insanlar bunu istəmirəm", deyə nazir söyləyib.
Nazir bildirib ki, Qərb ölkələrinin Qırmızı dəniz və digər bölgələrdəki fəaliyyətləri barədə də müsbət fikirlər səsləndirib:
“Hərbçilərimiz Qırmızı dənizdə etdiklərini yaxşı bacarır, gəmilərimizi qoruyur, Livanda, Afrikada və İraqda yaxşı işlər görürlər, onlar sülh və azadlığın daşıyıcılarıdır, biz Rusiya ilə müharibə aparmırıq”.
Mehriban Mirzəzadə