BMT-nin fələstinli qaçqınlara maliyyə yardımı dayandırıldı
    • 27-01-2024, 16:30
    • 128

BMT-nin fələstinli qaçqınlara maliyyə yardımı dayandırıldı

İtaliyanın xarici işlər naziri Antonio Tajani şənbə günü bildirib ki, İtaliya Birləşmiş Millətlər Təşkilatının Fələstin qaçqınlarına (UNRWA) yardım üçün maliyyə ayırmasını dayandırmağa qərar verib.

News24.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"İtaliya hökuməti 7 oktyabrda İsrailə edilən dəhşətli hücumdan sonra UNRWA-nın maliyyələşdirilməsini dayandırdı",- deyə məlumatda qeyd olunub.

Qərar Fələstinin Həmas qruplaşmasının İsraildə 7 oktyabrda həyata keçirdiyi hücumlarda UNRWA-nın bəzi əməkdaşlarının əli olduğuna dair iddialardan sonra verilib.

Mehriban Mirzəzadə