ABŞ-dan qlobal epidemiya tədbiri
    • 16-04-2024, 22:00
    • 337

ABŞ-dan qlobal epidemiya tədbiri

ABŞ mümkün qlobal epidemiyaların qarşısını almaq üçün 50 ölkə ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Ağ Evin saytında verilən açıqlamada, hökumətin tibbi testlərin təkmilləşdirilməsi, tibbi təqiblərin artırılması, daxili və xarici kommunikasiyaların yaxşılaşdırılması, eləcə də epidemiyalara qarşı lazımi hazırlıqların görülməsi üçün yeni proqram yaratdığı bildirilib.

Bildirilib ki, Qlobal Sağlamlıq Təhlükəsizliyi Strategiyası (GHSS) proqramı çərçivəsində ABŞ Dövlət Departamenti, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi, Səhiyyə və İnsani Xidmətlər Departamenti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə əməkdaşlıq edəcək.

Epidemiyalarda ölüm sayının minimuma endirilməsi və iqtisadi itkilərin azaldılması üçün səylərin göstəriləcəyi bildirilib.

İlin sonuna kimi 100 ölkənin proqrama daxil edilməsi nəzərdə tutulur.

Günel Məlikzadə