Su qiymətinə yumurta — Ucuzlaşma nə vaxtadək davam edəcək?
    • 30-04-2024, 20:56
    • 283

Su qiymətinə yumurta — Ucuzlaşma nə vaxtadək davam edəcək?

Yumurtanın qiymətində kəskin ucuzlaşma müşahidə edilir. Satıcıların sözlərinə görə qiymətin enməsi mövsümi xarakter daşıyır. Əvvəllər 16-17 qəpiyə olan yumurtanın bir ədədi mağazalarda 8-9, supermarketlərdə hətta 6 qəpiyə satılır. Bölgələrdə də məhsul ucuzlaşıb. Bildirilir ki, ucuzlaşma həm də məhsul bolluğu ilə əlaqədardır. 

News24.az bildirir ki, iqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, yumurtanın kəskin ucuzlaşmasının əsas səbəbi mövsümi faktorlardır:

“Mövsümi faktorlar bilavasitə yumurta istesalının həcminin artmasına səbəb olur. İstər ayrı-ayrı ev təsərrüfatlarında, istərsə də quşçuluq təsərrüfatlarında yumurta istehsalının artması qiymətə təsir göstərir. Eyni zamanda ixrac istiqamətlərində olan ölkələrdə də yumurta istehsalının mövsümi faktorlar səbəbilə artması nəticə etibari ilə ixrac bazarlarında təklifi də artırıb. Həm ölkəmizdə olan, həm də ixrac istiqamətində olan istiqamətlərdə təklifin artması yumurtanın qiymətinin ucuzlaşmasına gətirib çıxarır”.