-
- 30-04-2024, 21:01
- 602
5,5 bal gücündə zəlzələ qeydə alındı
İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az Bizim.Media-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 101 min nəfər əhalisi olan Ternate şəhərindən 181 km şimal-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur, bölgədə sunami təhlükəsi elan olunmayıb