Hadi Rəcəbli oruc tuturdu, Həccə getmək arzusunda idi... - FOTO
    • 17-04-2024, 10:09
    • 129

Hadi Rəcəbli oruc tuturdu, Həccə getmək arzusunda idi... - FOTO

Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli bu gün səhər saatlarında dünyasını dəyişib.

News24.az Modern.az-a istinadla xəbər verir ki, mərhumun ailə üzvləri onun ürəktutmasından vəfat etdiyini bildiriblər.

Qeyd edək ki, Hadi Rəcəbli sonnuncu geniş müsahibəsini Modern.az-a vermiş və arzularını dilə gətirmiş, Həccə getmək istədiyini bildirmişdi.

H.Rəcəbli 90-cı illərin sonlarında mərhum dövlət başçısı Heydər Əliyevlə birgə Ümrə ziyarətinə getmiş, Kəbədə olmuşdu. Lakin bu, Həcc ziyarəti sayılmadığından, sabiq deputat İslam təqvimi ilə zilhiccə ayında Məkkəyə getmək istəyirdi.

H.Rəcəbli Modern.az-a bir neçə gün öncəki açıqlamasında builki Ramazan ayında oruc tutduğunu bildirmiş, bunun səhhətinə mənfi təsir etdiyini söyləmişdi.