-
- 17-04-2024, 11:50
- 302
Bu şəxslərə siqaret satışı ömürlük QADAĞAN EDİLDİ
İngiltərədə 2009-cu ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan edilib.
News24.az xəbər verir ki, “Siqaretsiz nəsil” yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib.
Çərşənbə axşamı axşam saatlarında təsdiqlənən qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər.
Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb.
Qeyd edək ki, qanun hakim Mühafizəkarlar Partiyası daxilində mübahisə yaradıb.
BBC-yə danışan bəzi Mühafizəkarlar Partiyasının deputatları qanunu dəstəkləməyəcəklərini bildiriblər.
Hakim partiya vurğulayıb ki, parlamentdə səsvermə zamanı deputatlar istədikləri səsi verməkdə azad olacaqlar.
Lakin qanunun ana müxalifətdəki Leyboristlər Partiyası və Liberal Demokrat Partiyasından olan deputatların səsləri ilə qəbul ediləcəyi gözlənilirdi.
Günel Məlikzadə