Toyunuzu ləğv etmək üçün 5 səbəb
    • 17-04-2024, 14:22
    • 260

Toyunuzu ləğv etmək üçün 5 səbəb

Evlilik hazırlığı edərkən və ya toyunuza bir neçə gün qalmış, əmin olmadığınız və ya sizi çaşdıran şeylər barədə düşünmək lazım gələ bilər.

News24.az xəbər verir ki, oyunuzu ləğv etməyiniz üçün 5 əlamət bunlardır:

1- ƏGƏR ONUN AİLƏSİ İLƏ ANLAŞA BİLMİRSİNİZSƏ

Bir çox cütlük toydan sonra bütün ailə işlərinin həll olunacağını düşünsə də, belə bir səhvə yol verməyin. Əgər siz evlənmədən əvvəl partnyorunuzun ailəsi münasibətlərinizdə problemlər yaradırdısa, toyunuzu ləğv etməyi düşünə bilərsiniz.

2- BİR İLDƏN AZ MÜDDƏTDİR MÜNASİBƏTİNİZ VARSA

Əksər insanlar münasibətlərin ilk on iki ayı ərzində ən yaxşı davranışlarında olurlar. Bundan sonra bir insanın həqiqətən necə olduğunu görürsən. Bu səbəblə münasibətiniz qısamüddətlidirsə və evlənməyə qərar verdinizsə, yenidən düşünün.

3- GƏLƏCƏK HAQQINDA ORTAX MƏXRƏCƏ GƏLƏ BİLMİRSİNİZSƏ

Toylarını planlaşdırarkən, bir çox cütlər bir həyatı paylaşmağın əsas məsələləri haqqında danışmağı unudurlar. Bununla belə, uşaqların sayını, harada yaşayacağınızı və ya ev işlərini planlaşdırmaq çox vacibdir. Evliliyinizdən əvvəl bu cür əsas məsələlərdə razılığa gələ bilmirsinizsə, birlikdə həyatınızın təfərrüatlarını razılaşdırana qədər toyu təxirə salmalı və ya ləğv etməlisiniz.

4- ƏGƏR HƏLL YÖNÜMLÜ DEYİLSİNİZSƏ

Cütlüklər toydan əvvəlki mübahisələri toy günü gərginliyi kimi qələmə verirlər. Ancaq həqiqət budur ki, əgər tərəfdaşınızla daim mübahisə edirsinizsə və heç bir şey həll olunmursa, toyunuzu ləğv etmək barədə düşünə bilərsiniz. Çünki konflikt həll etmə bacarığının olmaması evlilik prosesində sizə çətinlik yarada bilər.

5- İÇ SƏSİNİZ SİZƏ LƏĞV ETMƏYİNİZİ DEYİRSƏ

Hisslərimiz çox vaxt bizə həqiqəti deyir. Əgər onları sıxışdırıb, problemləri görməzdən gələrək evlənməkdə israr edirsinizsə, dayanıb düşünməkdə fayda var.

Günel Məlikzadə