Bu gün bürclər nə deyir?- 27 dekabr üçün ULDUZ FALI
    • 27-12-2022, 13:37
    • 482

Bu gün bürclər nə deyir?- 27 dekabr üçün ULDUZ FALI

Astroloqlar 27 dekabrda bürcləri nələrin gözlədiyini açıqlayıblar. 

News24.az astroloji proqnozu təqdim edir:

QOÇ

Gün ərzində nəzarətinizdən asılı olmayan səbəblərdən tez-tez əsəbiləşə bilərsiniz. Bacarıqlarınızla bağlı məsələlərdə daha çox mübarizə aparmalı olacaqsınız. Emosional sarsıntılar gözləniləndir. Planladığınız məsələlərlə bağlı məsələlərdə çətinliklərlə qarşılaşa bilərsiniz.

BUĞA

Gələcəyinizlə bağlı məsələlərə yenidən baxmaq üçün əlverişli gündür. İşinizdəki dəyişikliklərə uyğunlaşmalı olacaqsınız. Qərar verməyə tələsməyin. İş birliklərinə fokuslana bilərsiniz. 

ƏKİZLƏR 

Bu gün iş həyatınızda özünüzü daha çox göstərmək istəyə bilərsiniz. Rəhbərlərinizlə ünsiyyət gündəminizə təsir edə bilər. Biznesinizi inkişaf etdirmək üçün səy göstərəcəksiniz.

XƏRÇƏNG 

Gün ərzində xariclə bağlı məsələlər gündəmə gələ bilər. Fərqli işlər görmək və məsuliyyət daşıdığınız mövzularda yeni perspektivlər axtarmaq üçün əlverişli gündür.

ŞİR

Ola bilsin ki, bu gün sizi stresə salan şəraitdən dolayı sıxıntı hiss edəsiniz. Gün ərzində inkişaf edən hadisələri idarə etməkdə çətinlik çəkə bilərsiniz. Yaşadığınız dəyişikliklər emosional olaraq sizə təsir edir.

QIZ

Bu gün siz emosional olaraq gərgin ola bilərsiniz və həyat yoldaşınızın problemləri ilə bağlı münaqişələr yaşaya bilərsiniz. Bəzi məsələlər sizi emosional olaraq gərginləşdirə bilər. Sakit və balanslı olmalısınız. Məsuliyyətli olduğunuz işlərə daha çox diqqət göstərməlisiniz. İşinizdə irəliləyişlər olacaq.

TƏRƏZİ

İş həyatınızda daha çox məsuliyyət götürə bilərsiniz. Bəzi dəyişən şərtlərə uyğunlaşmağınız lazım ola bilər. Məsul olduğunuz işi toplayıb irəli aparacağınız bir gündəsiniz. Maliyyə məsələlərində diqqətli olmalısınız.

ƏQRƏB


Bir müddətdir mübarizə apardığınız məsələlərlə bağlı bu gün verdiyiniz qərarlar gündəmin gedişatını dəyişə bilər. Riskli iş sizi çətin vəziyyətə sala bilər. Diqqətli olmaq faydalıdır. Sevgi münasibətlərinizdə yeni irəliləyişlər gözlənilir. Övladlarınızla bağlı problemlər sizi məşğul edə bilər.

OXATAN


Bu gün ailə məsələlərində ciddi dəyişikliklər gözləniləndir. Torpaq, daşınmaz əmlak məsələləri gündəmdə olacaq.  Məsuliyyətli olduğunuz işə daha çox diqqət yetirmək və əlinizi gücləndirmək üçün səy göstərəcəksiniz. Yeni qərarlar qəbul etmək və bəzi məsələlərdə hərəkətə keçməkdə çətinliklər ola bilər.

OĞLAQ

Bu gün yaxın ətrafınızla bağlı məsələlərlə daha çox məşğul ola bilərsiniz. Gün ərzində baş verən dəyişikliklər sizi bir az gərginləşdirə və stresə sala bilər. Məsuliyyətlərinizi idarə etməkdə çətinlik çəkə bilərsiniz.

DOLÇA 

Bu gün işinizdə maliyyə məsələlərində təəccüblü dəyişikliklər ola bilər. İşlə bağlı məsələlərdə tələsik qərarlar verməyin. Yaxınlarınızın dəstəyinə və məsləhətinə ehtiyacınız var. Gərgin iş şəraiti özünüzü daha çox göstərməyiniz üçün faydalıdır.

BALIQLAR

Həssas olduğunuz məsələlər haqqında daha çox düşünürsünüz. Bu gün diqqətinizi sevdiyiniz işlərə yönəldin.

Qumral ƏLİYEVA