Bu 5 işarə ayrılığın xəbərçisidir
    • 5-04-2024, 14:47
    • 502

Bu 5 işarə ayrılığın xəbərçisidir

Sevdiyiniz bir insandan imtina etmək qərarına gəlmək çox çətindir. Ancaq münasibətlərinizdə bədbəxt olduğunuzu düşünürsünüzsə və ayrılsanız səhv etməkdən qorxursunuzsa, bəlkə də hərəkətə keçməyin vaxtıdır. 

News24.az münasibətlərinizin bitdiyini göstərən əlamətlər təqdim edir:

1-Əgər Ünsiyyətiniz Məhduddursa

Münasibətlərin sağlam olmasının vacib hissəsi ünsiyyətdir. Ancaq sona çatan münasibətlər çox vaxt artıq ünsiyyət qura bilməyən insanları əhatə edir. Əgər partnyorunuz öz hissləri barədə danışmırsa və sizin hissləriniz haqqında danışmağınıza qulaq asa bilmirsə, həyəcan təbili çalır.

2- ƏGƏR QARŞIQ MESAJLAR ALIRSANIZ

Əgər partnyorunuz sizinlə gah yaxşı, gah pis davranırsa, bu, çaşqınlığa səbəb ola bilər. Əgər qarşıdakı insan sizi daim qeyri-sabit və narahat hiss edirsə, bu, onu buraxmağın vaxtının gəldiyinə işarə ola bilər.

3- TƏKRAR EDİLƏN PROBLEMLƏR YAŞAYIRSINIZSA

Əgər təkrarlanan problemlərlə üzləşirsinizsə və onları həll edə bilmirsinizsə, sizi belə hiss etdirən birindən ayrılıb davam etməyin vaxtıdır.

4- TEK OLMAQDAN QORXURSUNUZSA

Özünüzlə dürüst olun. Münasibətiniz bitəndə yeni biri ilə tanış olub sevə bilməyəcəyinizi düşünürsünüz? Amma unutmayın, axtardığınız sevgini və xoşbəxtliyi ancaq sizin üçün səhv olan birini buraxmaqla tapa bilərsiniz.

5- ÖZ HƏYATINIZ OLMAZSA

Əlaqənin heç bir tərəfi xoşbəxtlik üçün digərindən tamamilə asılı olmamalıdır. Çünki bu müddət sonra bu hal həyat yoldaşına görə həyatını formalaşdıran tərəfi bədbəxt edəcək. Əgər siz də özünüzü itirmisinizsə və həyatınız sizin nəzarətinizdən çıxıbsa, bəlkə də sizi bu hala salan birindən ayrılmağın vaxtıdır.

Günel Məlikzadə