-
- 17-04-2024, 21:38
- 272
Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub - FOTO
Xəbər verdiyimiz kimi, Bakıda müğənni Yaqut Həşimovanı qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 17 il müddətə azadlıqdan məhrum edilib.
News24.az qaynarinfo-ya istinadən xəbər verir ki, müğənnini qətlə yetirən Anar Həşimov 19 il "Avto Lux-Ai" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktoru və qanuni təmsilçisi olub.
Anar Həşimov məhkəmədə hadisədən əvvəlki bir il ərzində həyat yoldaşının ona xəyanət etməsindən şübhələndiyini və bu səbəbdən onu qətlə yetirdiyini deyib.
Buna görə Yaqutla aralarında mübahisə olmuş. O, pivə bokalı ilə Yaqutun gicgah nahiyyəsinə bir dəfə zərbə endirib. Həmin zərbənin təsirindən qadın çarpayının üstünə yıxılıb. Bu zaman Anar Yaqutun gicgah nahiyyəsinə daha bir zərbə vurub. Sonra o, yataq otağındakı rəfdən götürdüyü bıçaqla həyat yoldaşına bir zərbə vurub. Həmin zərbədən sonra Yaqut qışqıraraq dayanmağını deyib və qaçmağa çalışıb. Anar Yaqutun saçlarından tutaraq arxaya çəkib və bədənin müxtəlif nahiyələrinə bıçaq zərbələri vuraraq, onu öldürüb. Anar özü polisə könüllü təslim olub.
Qeyd edək ki, Anar Həşimov 143 milyonluq mənimsəmə faktı ilə bağlı həbs edilən Müdafiə Nazirliyinin sabiq Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun məhkəmə iclasında açıqlaması ilə gündəmə gəlmişdi. Bildirilib ki, Anar Həşimovun rəhbəri olduğu şirkət Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb. Həmin müqavilə çərçivəsində alınan malların qiyməti şişirdilib, nəticədə 360 min manat dövlət vəsaiti mənimsənilib. Anar Həşimov isə həmin məhkəmədə "Mən "Avto Lux-Ai" MMC-də direktor olanda da əvvəlki kimi fəhləlik edib aylıq 850 manat əmək haqqımı alırdım" deyib.