Xalq ümumi seçkilər üçün sandıq başında
    • 17-04-2024, 21:45
    • 255

Xalq ümumi seçkilər üçün sandıq başında

Xorvatiyalı seçicilər yerli vaxtla saat 07:00-da ölkə daxilində və xaricdə yaradılmış seçki mərkəzlərində səs verməyə başlayıblar.

News24.az xəbər verir ki, Xorvatiyada 151 yerlik milli parlamentə daxil olmaq üçün 2302 namizədin mübarizə apardığı seçkilərdə səsvermə saat 19.00-da başa çatacaq.

Ölkədə 222 min 197 nəfəri xaricdə olmaqla ümumilikdə 3 milyon 733 min 283 nəfər qeydiyyatda olan seçici var.

Seçkidən əvvəl aparılan sorğulara görə, favorit kimi hakim sağ mərkəzçi partiya olan Xorvatiya Demokratik İttifaqı (HDZ) göstərilir.

Seçkilərin ilk qeyri-rəsmi nəticələrinin gecə yarısı açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Avropa Birliyinin (Aİ) ən gənc üzvü olan Xorvatiyada hər 4 ildən bir ümumi seçkilər keçirilir.

Günel Məlikzadə