-
- 9-07-2023, 11:50
- 270
Özbəkistanda prezident seçkiləri baş tutmuş hesab edilib
Özbəkistanda növbədənkənar prezident seçkilərində yerli vaxtla saat 11:00-ın məlumatına görə, seçicilərin 33,54%-dən çoxu səsvermədə iştirak edib. Bununla da qanunvericiliyə əsasən, ölkədə prezident seçkiləri baş tutmuş sayılır.
News24.az xəbər verir ki, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Bahrom Kuçkarov bildirib.
"Alınan məlumatlara görə, yerli vaxtla səhər saat 11-də 6 milyon 463 min 874 seçici səs verib ki, bu da 33,54 faiz təşkil edir", - Kuçkarov deyib.
O xatırladıb ki, Seçki Məcəlləsinə əsasən,seçicilərin azı 33 faizi seçkilərdə iştirak etdikdə seçkilər baş tutmuş sayılır.
MSK-nın yenilənmiş məlumatlarına əsasən, vahid seçici siyahısında 19 milyon 414 min 914 nəfərə yaxın seçici qeydə alınıb.
B.Kuçkarov qeyd edib ki, səsvermə başlayandan heç bir ciddi qanun pozuntusuna rast gəlinməyib.
MSK sədri əlavə edib ki, seçicilər səsvermədə fəal iştirak edirlər.
Xatırladaq ki, səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək./Report/