-
- 17-04-2024, 19:49
- 256
“Avroviziya“dan sonra rus dilində danışır, verilişlərə gəlmirlər”
"Avroviziya"ya gedib gəlirlər efirə çıxmırlar. Onlara bunu xüsusi tapşırırlar ki, efirə çıxmayın? Ya da rus dilində danışırlar. Biri lap qabağa getdi. Hər yerdə rus dilində danışır, yazırdı. Bir gün konnservatoriyanın qabağında dayananda onu gördüm. İstiqanlı gəncdir, yaxınlaşdı orada uşaqlara Azərbaycan dilində danışdı. Dedilər ki, filankəsin nəvəsidir. Onun nənəsini çox istəyirdim. Düşünürsünüz ki, rusca danışıb digərlərindən fərqlənəcəksiniz, səhvə yol verəcəksiniz".
News24.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər öz proqramında deyib. O, adını çəkmədiyi "Avroviziya" təmsilçisinin rus dilində danışmasını tənqid edib. Aparıcı daha sonra onların verilişə gəlmədiyini deyib:
"Seçilmək istəyirsən? Kənardan pis görünür. Azərbaycan dilində mükəmməl bilmirsənsə, yaxşı. Onda sən özünə yaraşdırmırsan? Bunu efirdə bir dəfə əsəbi formada dedim, sonra başladı Azərbaycan dilində müsahibə verdi. Onu bir yerdə görəndə görüşüb danışdıq. Bu insan hər yerdə çörək tapacaq. Bir də hər il biz təbliğ edirik, verilişdə özümüzü həlak edib dünyada yaşayan azərbaycanlılara müraciət edirik. Təbliğ edirik ki, səs verin. Mənim bu jestimi iki təmsilçi qiymətləndirdi: Samirə Əfəndi və Nadir Rüstəmli. Gəldi efirimizə. O birilər isə bilmirəm nədir".
Qeyd edək ki, Elgizin adını çəkmədiyi təmsilçi Eldar Qasımovdur. O, Eldarı verilişdə tənqid etmişdi.